Paytaxtda sahibkarlıq və çatdırılma xidməti avtomobilləri üçün parkinq yerləri ayrılacaq
Paytaxtda sahibkarlıq və çatdırılma xidmətləri üçün nəzərdə tutulan avtonəqliyyat vasitələrinin parklanmasına ayrllacaq 550-dən çox xüsusi yer müəyyən edildi. Bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin iclasında bəyan etdi.
Onun sözlərinə görə, təşəbbüs distribusiya nəqliyyat vasitələrinə görə, digər nəqliyyat vasitələrinin hərəkətinin ləngiməsi problemini həll edəcək.
“Siz bilirsiniz ki, iqtisadi fəallığa imkanlar yaratmaq nə qədər vacibdir. Komandamız yerli biznes və iqtisadi fəaliyyətləri dəstəkləmək üçün bir sıra təşəbbüslər həyata keçirdi, xüsusislə də pandemiya dövründə. Bu dəfə, bildirmək istəyirik ki, Nəqliyyat və Şəhərsalma Agentliyi və “Gürcüstan Distribyutorlar Biznes Assosiasiyasının” əməkdaşlığı ilə, paytaxtda biznes və çatdırılma xidmətləri üçün nəzərdə tutulan avtomobillərin parklanmasına ayrılacaq 550-dən çox xüsusi yer müəyyən edildi. Agentlik bu məsələ üzərində fəal işləyir və bütün Tbilisidə mərhələli şəkildə həyata keçiriləcək xüsusi parkinq zonalarının ayrılması prosesinə başlanılıb. Hamı razılaşrıq ki, bu layihənin həyata keçirilməsi əhəmiyyətlidir. Çoxdur hallar ki, distribusiya maşınlarını dayandırblar və başqa maşınların hərəkətinə maniəçilik törədirlər. Konkret sahələrin ayrılması ilə bu problem həll olunacaq”, – Kaladze bəyan etdi.