Paytaxt meriyası yaşı 60 və 60-dan yuxarı şəxslər üçün üzgüçülük hovuzu və fitnes zalların xidmətlərini maliyyələşdirəcək
Paytaxt meriyası yaşı 60 və 60-dan yuxarı şəxslər üçün üzgüçülük hovuzu və fitnes zalların xidmətlərini maliyyələşdirəcək

 

Paytaxt meriyası yaşı 60 və 60-dan yuxarı şəxslər üçün üzgüçülük hovuzu və fitnes zalların xidmətlərini maliyyələşdirəcək. Bu barədə paytaxt sakrebulosunun fərmanında qeyd olunub.

Fərmana əsasən, Tbilisi munisipalitetinin ərazisində qeydiyyatda olan , yaşı 60 və 60-dan yuxarı şəxslər bundan faydalanacaqlar. Proqrama qoşulduqdan sonra hovuzda və/və ya fitnes zalında bir saatlıq xidmət maliyyələşdiriləcək. Xidmət ayda doqquzdan çox olmayan ziyarəti əhatə edir. Saat 11:00-dan 14:00-a kimi olan zaman kəsiyində xidmətdən yararlanmaq mümkün olacaq.

Proqram çərçivəsində ayda sayı 300-dən çox olmayan benefisiar maliyyələşdiriləcək. İstifadəçilər xidmət təminatçısına Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin surətini və ya Gürcüstan vətəndaşının pasportunun surətini; qeydiyyat yeri haqqında səlahiyyətli inzibati orqanın arayışını; tibb müəssisəsi tərəfindən verilmiş sağlamlıq haqqında arayışı (tibbi sənədlər forma No IV-100/a ) təqdim etməlidirlər.

Benefisiarlar xidmət təminatçısının üzgüçülük hovuzunu və/yaxud fitnes mərkəzini seçməkdə sərbəstdirlər.