Pavel Klimkin - Saakaşvilinin həbs edilməsini Qərb, Ukraynanın daxili işi olaraq görür
Ukraynanın Xarici İşlər Naziri Pavel Klimkin bəyan etdi ki Qərb, Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin həbs edilməsini Ukraynanın daxili işi olduğunu hesab edir və buna görə də, bu faktla bağlı avropadan gözləmədiyimiz bir reaksiya olmayacaq.
Ukrayna Xarici İşlər Nazirinin dediyinə görə, Ukrayna Avropa ölkəsidir və qanun aliliyinə böyük hörmət edir.
“Hər şey çox asandır, Avropadan fərqli bəyanatlar eşitməyəcəyik, çünki Avropa başa düşür ki, bu belə olmalıdır. Biz Avropa ölkəsiyik və qanunumuzun aliliyinə hörmət edirik” – dedi Klimkin.