Pavel Herçinski - Yeni il arzum gerçəkləşdi və Gürcüstan 2024-cü ili Avropa Birliyinə namizəd ölkə kimi qarşılayır, Milad və Yeni ili Gürcüstanın bu tarixi nailiyyəti ilə qeyd edək
Milad və yeni il, uşaqlıqdan bəri bir arzu düşündüyümüz və onun yerinə yetirilməsini gözlədiyimiz vaxtdır. Yeni il arzum gerçəkləşdi və Gürcüstan 2024-cü ili Avropa İttifaqına namizəd ölkə statusu ilə qarşılayacaq, – şərhini Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski edib və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi tərəfindən yayılıb.
“Avropa İttifaqının səfiri olduğum müddətdə mən eyni arzusu olmayan Gürcüstan vətəndaşına rast gəlməmişəm, ona görə də Milad və Yeni ili Gürcüstanın bu tarixi nailiyyəti ilə qeyd edək. Sizə xoş Milad bayramı və Yeni ili arzu edirəm!”, – Pavel Herçinski deyir.
Bundan əlavə, Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi videoçarx yayımlayır ki, bu videoçarxda Avropa İttifaqına üzv ölkələrin səfirləri və EU4Georgia-nın kommunikasiya komandası Gürcüstan vətəndaşlarının Milad bayramını və Yeni İlini təbrik edir.
“Sizə sevinc, uğurlar, yeni təşəbbüslər və harmoniya dolu 2024-cü il arzulayırıq”, – təbrikdə deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev