Pavel Herçinski - "Xalqın Gücü"nün təşəbbüsünün qanuna çevrilməyəcəyinə ümid edirəm
Pavel Herçinski - "Xalqın Gücü"nün təşəbbüsünün qanuna çevrilməyəcəyinə ümid edirəm

 
Təşəbbüs 12 prioritetdən ən azı ikisi, vətəndaş cəmiyyətinin prioriteti və media azadlığının prioriteti ilə ziddiyyət təşkil edir, mən bunun, hələ lazımınca müzakirə olunmamış təşəbbüs olduğunu başa düşürəm, belə ki, hələ vaxt var -bu barədə Aİ-nin Gürcüstandakə səfiri Pavel Herçinski “Xalqın Gücü” tərəfindən təşəbbüsü qaldırılmış layihə barədə danışarkən açıqlayıb.

Səfir bu təşəbbüsün Avropa İttifaqının norma və prinsiplərinə zidd olduğunu bildirib.

“Yəqin ki, Avropa İttifaqının Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidentinin həftə sonu dərc etdiyi bəyanatı görmüsünüz. Bu qanun haqqında əvvəl də danışmışam, yanlış mesajdır, yanlış vaxtdır. Bu təşəbbüs 12 prioritetdən ən azı ikisinə – vətəndaş cəmiyyətinin və media azadlığının prioritetlərinə ziddir. Mən bunun, hələ lazımınca müzakirə olunmamış təşəbbüs olduğunu başa düşürəm, belə ki, hələ vaxt var. Ümid edirəm ki, bu təşəbbüs qanuna çevrilməyəcək. Mənim Brüsseldəki rəhbərlərim bu mümkün qanunun Avropa İttifaqının norma və prinsiplərinə zidd olması ilə bağlı artıq öz aydın mövqelərini bildiriblər. Bu səbəbdən bu təşəbbüsün qanuna çevrilməyəcəyinə böyük ümid bəsləyirəm”- deyə Herçinski açıqlayıb.