Pavel Herçinski - ümid edirik ki, 12 prioritetlə bağlı xeyli irəliləyiş göstəriləcək, ümid edirəm ki, hər şey yaxşı başa çatacaq, lakin bu, gürcülərin öz əlindədir
Pavel Herçinski - ümid edirik ki, 12 prioritetlə bağlı xeyli irəliləyiş göstəriləcək, ümid edirəm ki, hər şey yaxşı başa çatacaq, lakin bu, gürcülərin öz əlindədir

Səmimi olaraq ümid edirik ki, 12 prioritet üzrə mümkün qədər çox irəliləyiş göstəriləcək. Bizə çox lazımdır ki, Gürcüstanda yalnız yaxşı xəbərlər gəlsin, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri, Pavel Herçinski bəyan etdi.

Elə onun dediyinə görə, bunun üçün hələ vaxt var.

“Hələ vaxt var. Oktyabr ayında Avropa Komissiyası Gürcüstanla bağlı genişlənmə hesabatı verənə qədər, 27 üzv dövlətin qərarından əvvəl, ən yüksək siyasi səviyyədə, baş nazirlər və prezidentlər səviyyəsində. Səmimi olataq ümid edirik ki, 12 prioritet üzrə mümkün qədər çox irəliləyiş göstəriləcək. Eləcə də, səmimi desək, bizə çox lazımdır ki, Gürcüstanda yalnız yaxşı xəbərlər gəlsin. Səmimi olaraq ümid edirəm ki, hər şey yaxşı başa çatacaq, lakin bu, gürcülərin öz əlindədir və yekun qərar 27 üzv ölkəyə məxsusdur”, – Herçinski bəyan etdi.