Pavel Herçinski - Ümid edirəm ki, Avropa Komissiyası 27 üzv dövlətə Gürcüstanı Avropaya inteqrasiya yolunda dəstəkləməyi tövsiyə edəcək, biz noyabrın 8-nə qədər gözləməliyik
Pavel Herçinski - Ümid edirəm ki, Avropa Komissiyası 27 üzv dövlətə Gürcüstanı Avropaya inteqrasiya yolunda dəstəkləməyi tövsiyə edəcək, biz noyabrın 8-nə qədər gözləməliyik

Ümid edirəm ki, Avropa Komissiyası 27 üzv dövlətə Gürcüstanı Avropaya inteqrasiya yolunda dəstəkləməyi tövsiyə edəcək, – Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

Onun sözlərinə görə, Brüssel Avropa İttifaqının genişlənməsinə hazırlaşır.

“Mənim Brüsseldəki rəhbərlərim Gürcüstan üçün ilk genişlənmə hesabatı olan və üzv dövlətlər üçün də tövsiyələri ehtiva edən genişlənmə hesabatını hazırlayır. Ümid edirəm ki, bu tövsiyələr müsbət olacaq, Avropa Komissiyası 27 üzv dövlətə Gürcüstana Avropaya inteqrasiya yolunda dəstək verməyi tövsiyə edəcək, Gürcüstana namizəd statusunun verilməsini rekomendasiya edəcəyik. Təəssüf ki, noyabrın 8-nə qədər gözləməliyik. Noyabrın 8-də ictimai şəkildə Gürcüstan və digər doqquz ölkə üçün genişlənmə hesabatı olacaq. Ümid edək ki, bu, müsbət istiqamətdə gedəcək” – bəyan edib.