Pavel Herçinski- Ukraynaya kömək etmək məsələsində istəkliyik, Aİ liderlərinin Ukraynanın qələbəsi üçün hər şeyi etməyə qərar vermələri mühümdür
Ukraynanın özünümüdafiə hüququ var. Biz Ukraynaya siyasi, iqtisadi, maliyyə və hərbi cəhətdən kömək etmək məsələsində istəkliyik- bu haqda Gürcüstanın Avropa İttifaqındakı səfiri Pavel Herçinski açıqlayıb.
Herçinski bildirib ki, Avropa İttifaqı liderlərinin Ukraynanın qələbəsi üçün hər şeyi etməyə qərar vermələri mühümdür.
“Rusiya tərəfindən Ukraynanın səbəbsiz və əsassız işğalının ikinci ildönümünə yaxınlaşırıq. Biz Aİ olaraq olduqca açıq şəkildə tərəf tutmuşuq. Biz Ukraynanın arxasındayıq. Ukraynanın özünümüdafiə hüququ var. Biz Avropa İttifaqı olaraq Ukraynaya siyasi, iqtisadi, maliyyə, humanitar yardım, eləcə də hərbi yardım etmək məsələsində istəkliyik. Mən fəxr edirəm ki, bir neçə həftə əvvəl Avropa İttifaqı yekdilliklə Ukraynanın yenidən qurulmasına dəstək üçün 50 milyard avro xərcləmək qərarına gəlib. Bu, həqiqətən hamının köməyinə ehtiyac duyan Ukraynaya qəti dəstəyimizin növbəti öhdəliyidir. Avropa İttifaqı liderlərinin nəinki lazım olan qədər Ukraynanın yanında olmaq, həm də Ukraynanın qalib gəlməsi üçün lazım olan hər şeyi etməyə qərar vermələri olduqca mühümdür”- Pavel Herçinski açıqlayıb.