Pavel Herçinski - Söz və media azadlığı Avropa Birliyinin üzərində qurulduğu əsas prinsiplərdir
Pavel Herçinski - Söz və media azadlığı Avropa Birliyinin üzərində qurulduğu əsas prinsiplərdir

Söz və media azadlığı Avropa İttifaqının üzərində qurulduğu əsas prinsiplərdir, – Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski “Yayım haqqında” qanundan danışarkən deyib.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların müdafiəsi və nifrət nitqinin tənzimlənməsi Gürcüstanın əməl etməli olduğu “Audiovizual Xidmətlər Direktivinin” vacib elementidir.

“Bizim standartları müəyyən edən Audiovizual Xidmətlər Direktiv kimi bilinən direktivimiz var. Bütün üzv dövlətlərimizdən, namizəd ölkə olan Gürcüstandan da bu standartlara cavab verən milli qanunvericiliyə sahib olması tələb olunur. Xüsusilə, tamam vacib olan iki əsas məsələ yetkinlik yaşına çatmayanların müdafiəsi və nifrət nitqi məsələsidir. Parlamentdə qəbul edilən qanun layihəsi bu standartlara cavab verir. Bununla belə, qanun layihəsinə başqa elementlər də daxildir, o cümlədən ədəbsizlik. Fikrimizcə, bunun həyata keçirilməsi çox vacibdir və biz burada müvafiq orqanlarla çox sıx əməkdaşlıq edəcəyik. Mütləq vacib olan milli tənzimləyicinin müstəqilliyidir. Bu, Rabitə Komissiyasıdır. Bu qurum gücləndirilməli, tam müstəqil olmalıdır. Təbii ki, biz Avropa İttifaqı olaraq bunun reallaşması üçün çox sıx işləyəcəyik”, – Pavel Herçinski bildirib.