Pavel Herçinski - Seçkidən əvvəl, seçki zamanı və ya seçkidən sonra siyasi məsələlərə qərar vermək Avropa İttifaqının işi deyil, buna Gürcüstan vətəndaşları qərar verməlidirlər
Pavel Herçinski - Seçkidən əvvəl, seçki zamanı və ya seçkidən sonra siyasi məsələlərə qərar vermək Avropa İttifaqının işi deyil, buna Gürcüstan vətəndaşları qərar verməlidirlər

 
Seçkidən əvvəl, seçki zamanı və ya seçkidən sonra siyasi məsələlərə qərar vermək Avropa İttifaqının işi deyil, buna Gürcüstan vətəndaşları qərar verməlidirlər – bu haqda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

O deyib ki, Avropa İttifaqı gürcü xalqı tərəfindən edilmiş seçimə hörmət edir.

“Bir daha təkrar edə bilərəm ki, biz, Avropa İttifaqı gürcülərin edəcəyi istənilən seçimə hörmət edirik. Seçkidən əvvəl, seçki zamanı və ya seçkidən sonra siyasi məsələlərə qərar vermək Avropa İttifaqının işi deyil. Buna Gürcüstan vətəndaşları qərar verməlidirlər. Biz yüksək səslə və açıq şəkildə bəyan etdik ki, gələcək seçkilərin azad və ədalətli olmasını, ən yüksək standartlara uyğun, seçkilərin tam əhatəli, tam şəffaf və tam rəqabətli olacağını gözləyirik” – Herçinski qeyd edib.

Eyni zamanda, Herçinskidən avropalı tərəfdaşlarla ticarət və investisiyaların dayandırılmasının həqiqətə nə qədər uyğun olub-olmadığını soruşublar, Avropa İttifaqının Gürcüstandakı səfiri belə cavab verdi:

“İyun ayında Gürcüstanın Avropaya inteqrasiyası dayandırıldı, bu, Avropa İttifaqının liderlərinin qərarı idi. Biz Gürcüstana maliyyə yardımını dayandırdıq, cari 120 milyonluq proqramlar dayandırılıb. Ölkəniz üçün hansı gələcəyi istədiyinizə qərar vermək sizin gürcülərin işidir. Bu vaxt üçün, son aylar ərzində Gürcüstan yaxınlaşmaq əvəzinə Avropa İttifaqından uzaqlaşırdı”.