Pavel Herçinski -  ilk dəfə olaraq Avropa Gününü Avropa perspektivi verilmiş gürcülərlə birlikdə qeyd etdiyimizə şadam
Pavel Herçinski - ilk dəfə olaraq Avropa Gününü Avropa perspektivi verilmiş gürcülərlə birlikdə qeyd etdiyimizə şadam

İlk dəfə olaraq Avropa Gününü Avropa perspektivi verilmiş gürcülərlə birlikdə qeyd etdiyimizə şadam – Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə deyib.

“Bu gün biz təhlükəsizlik, sülh və rifahın tərəfində duran Avropanın, Avropa Gününü qeyd edirik. İlk dəfə olaraq Avropa Gününü Avropa perspektivi verilmiş gürcülərlə birlikdə qeyd etdiyimizə şadam. Mən xoşbəxtəm ki, buradayam və maestro Nikoloz Raçvelinin və Gürcüstan Simfonik Orkestrinin mükəmməl musiqi ifasını dinləmək imkanım var”- Pavel Herçinski bildirib.

Rustaveli Milli Teatrında Avropa Gününə həsr olunmuş qala-konsert keçirilir.