Pavel Herçinski - daxili işlərə müdaxilə etmək istəmirəm, biz Gürcüstanın güclü olmasını istəyirik, impiçment proseduru Gürcüstanın sabit, möhkəm, güclü institutlara malik ölkəyə çevrilməsinə kömək etmir
Biz istəyirik ki, Gürcüstan çox güclü institutları olan sabit, güclü ölkə olsun-Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə prezidentin impiçment proseduru ilə bağlı sualı cavablandırarkən deyib.
“Məndən prezidentin indiki impiçmenti barədə soruşsanız deyərdim ki, mən xarici diplomatam. Mən çox diqqətli olmalıyam, çünki Gürcüstanın daxili işlərinə müdaxilə etmək istəmirəm. İstədiyimiz odur ki, Gürcüstan çox güclü institutları olan sabit, güclü ölkə olsun. Beləliklə, təbii ki, impiçment proseduru Gürcüstanın sabit, güclü, möhkəm dövlət institutlarına malik ölkə olmasına kömək etmir. Amma bir daha deyirəm ki, bu barədə şərh verə bilmərəm” – Herçinski bildirib.
Dünən prezidentlə görüşdə nələrin müzakirə olunduğunu soruşduqda Pavel Herçinski qeyd edib ki, söhbətin əsas mövzusu Gürcüstanın Avropaya inteqrasiyası olub.
“Dünən prezident Avropa İttifaqının bütün digər səfirləri ilə birlikdə bizi də dəvət etdi. Görüşümüzün əsas mövzusu Gürcüstanın Avropaya inteqrasiyası idi”- deyə Pavel Herçinski bildirib.