Pavel Herçinski - Kiçik və orta ölçülü müəssisələrin inkişafında Gürcüstanın liderliyini aydın şəkildə göstərən araşdırmanı maliyyələşdirməkdən məmnunuq
Pavel Herçinski - Kiçik və orta ölçülü müəssisələrin inkişafında Gürcüstanın liderliyini aydın şəkildə göstərən araşdırmanı maliyyələşdirməkdən məmnunuq

 
Kiçik və orta ölçülü müəssisələrin inkişafında Gürcüstanın bütün istiqamətlərdə liderliyini açıq şəkildə göstərən araşdırmanı Avropa İttifaqının maliyyələşdirməsindən məmnunuq- bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski açıqlayıb.

Pavel Herçinski İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Kiçik və orta sahibkarlıq siyasəti indeksi-2024″ün (SME Policy Index – 2024) təqdimatında iştirak edib və bu qiymətləndirməyə əsasən, Gürcüstan Şərq Tərəfdaşlığı ölkələri arasında liderdir.

“Kiçik və orta biznesin Gürcüstan şirkətlərinin 99%-ni təşkil etdiyini və ümumi işçi qüvvəsinin 70%-ə qədərinin burada işlə təmin edildiyinin qeyd edilməsi olduqca mühümdür. Deməli, bu, Gürcüstan iqtisadiyyatının inkişafının hərəkətverici qüvvəsidir. Bu indeks bizə, Aİ-yə kiçik və orta biznesin inkişafına davamlı dəstəyimizi davam etdirməyə kömək edəcək. Əminəm ki, bu, həm də İqtisadiyyat Nazirliyinə onun həyata keçirdiyi siyasətin düzgünlüyünü qiymətləndirməyə kömək edəcək ki, gələcək indeks Gürcüstan üçün daha da uğurlu olsun”- Pavel Herçinski qeyd edib.

Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.