Pavel Herçinski - İstənilən insana qarşı evdə, işdə, ictimai məkanda və ya başqa bir yerdə, istənilən növ zorakılıq yolverilməzdir, susmayın
İstənilən insana qarşı evdə, işdə, ictimai məkanda və ya başqa bir yerdə, istənilən növ zorakılıq yolverilməzdir, susmayın”, – deyə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin bəyanatında qeyd olunub.
Səfirin qeyd etdiyinə əsasən, reallıq ondan ibarətdir ki, dünyada hər üç qadından biri etnik mənsubiyyətindən, mədəniyyətindən və dinindən asılı olmayaraq həyatı boyu partnyoru tərəfindən zorakılığa və ya hər hansı başqa növ cinsi zorakılığa məruz qalır.
“Avropa İttifaqı gender əsaslı zorakılığa sıfır tolerantlıq siyasəti aparır. Bu, insan hüquqlarının və Avropa Birliyinin əsas dəyərlərinin ciddi şəkildə pozulmasıdır. Biz Gürcüstanda gender zorakılığına qarşı, mühafizə və prevensiyasını gücləndirmək yolu ilə mübarizə aparmaq üçün müvafiq qurumlarla birlikdə işləyirik. Biz sağ qalanlar üçün sığınacaqlar və sığınacaqdan sonrakı dəstək kimi etibarlı dəstək xidmətlərini təbliğ edirik. Biz məlumatlılığın artırılması, qeyri-münasib münasibət və davranışların dəyişdirilməsi və gender stereotiplərinin qırılması üzərində işləyirik.
Bu gün mənim bir sadə, lakin çox vacib mesajım var: susma! Bu nə şəxsi məsələdir, nə də qadın məsələsi. Bu, bütün cəmiyyətin və bütün Gürcüstan əhalisinin problemidir. Evdə zorakılıq, işdə cinsi təcavüz və ya internetdə sözlü təhqir görsəniz, bu barədə məlumat verin. Bu cinayətdir. Bu, zorakılığın qeyri-sağlam çevrəsindən çıxmağın yeganə yoludur”, – səfirin bəyanatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev