Pavel Herçinski - İrakli Kobaxidzenin rəhbərlik edəcəyi gələcək hökumətlə əməkdaşlığımızın ən azı onun sələfinin dövründəki kimi uğurlu olacağına ümid edirəm
Gürcüstanın bütün hökumətləri, bütün baş nazirləri ilə əməkdaşlığa hazırıq-Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə bu haqda açıqlayıb.
O, İrakli Kobaxidzenin rəhbərlik etdiyi gələcək hökumətlə əməkdaşlığın ən azı onun sələfinin dövründəki kimi uğurlu olacağına ümid etdiyini bildirib.
“Əlbəttə, biz hökumət dəyişikliklərini çox diqqətlə izləyirik. İrakli Kobaxidzenin növbəti baş nazir olması üçün sadəcə namizədliyi irəli sürülüb və parlament gələn həftə qərar qəbul etməlidir. Avropa İttifaqı olaraq biz Gürcüstanın bütün hökumətləri və baş nazirləri ilə əməkdaşlığa hazırıq. Əvvəlki baş nazir və indiki hökumətlə çox uğurlu münasibətimiz var idi. İrakli Kobaxidzenin rəhbərlik edəcəyi gələcək hökumətlə əməkdaşlığımızın ən azı onun sələfinin dövründəki kimi uğurlu olacağına ümid edirəm” – Pavel Herçinski açıqlayıb.