Pavel Herçinski - Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə tarixidir, fundamental hüquqlarınızı qorumaq üçün Avropa İttifaqının yanınızda olacağına ümid edə bilərsiniz
Pavel Herçinski - Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə tarixidir, fundamental hüquqlarınızı qorumaq üçün Avropa İttifaqının yanınızda olacağına ümid edə bilərsiniz

Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə tarixidir və o, özündə insan hüquqlarının müdafiəsini yaxşılaşdırmaq məsuliyyətini daşıyır. Siz fundamental hüquqlarınızı qorumaq üçün Avropa İttifaqının yanınızda olacağına ümid edə bilərsiniz, – Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski İnsan Hüquqları Günü ilə əlaqədar videomüraciətində bəyan edib.

“Bugün biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümünü qeyd edirik. Çox mühüm olan bu sənəd insan hüquqlarının hər birimizə məxsus olduğunu qəbul edir. 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildikdən sonra dünya çox dəyişdi. Bütün dünyada gedən xoşagəlməz tendensiyaya görə biz birləşməli və bu hüquqların universallığını qətiyyətlə müdafiə etməliyik. Bu, daha bərabər və inkluziv gələcəyə doğru ortaq hədəf və davamlı prosesdir. İnsan hüquqlarının müdafiəsi Avropa Birliyinin əsasını təşkil edir. Bu vizyonu reallığa çevirmək səyləri Avropa İttifaqının genişlənməsi prosesinin bir hissəsidir və Gürcüstanın Avropa İttifaqına üzvlük yolunda atacağı 9 addımdan biridir.

Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə tarixidir. Bu sənəd, özü ilə yanaşı, insan hüquqlarının müdafiəsini yaxşılaşdırmaq məsuliyyətini də gətirir (hansı ki, bu gün qeyd edirik). Siz fundamental hüquqlarınızı qorumaq üçün Avropa İttifaqının sizin yanınızda olacağına ümid edə bilərsiniz. İnsan Hüquqları Gününüz mübarək! Çox sağ olun”, – deyə səfir bildirib.