Pavel Herçinski - qondarma prezidentin separatçı Abxaziya bölgəsinə bu səfərini pisləyirik, Lukaşenko Belarusun legitim prezidenti deyil
Pavel Herçinski - qondarma prezidentin separatçı Abxaziya bölgəsinə bu səfərini pisləyirik, Lukaşenko Belarusun legitim prezidenti deyil

Aleksandr Lukaşenkonun Gürcüstan hökumətinin razılığı olmadan işğal olunmuş Abxaziyaya səfərini qəbuledilməz hesab edirik, lakin, münasibətin bildirilməsi Gürcüstanın hökumətindən asılıdır, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bəyan etdi.

Pavel Herçinskinin qeyd etdiyi kimi, bu presedentsiz səfərə necə reaksiya verəcəyini Gürcüstan hökuməti qərar verməlidir.

“Avropa İttifaqının mövqeyini təsdiqləmək istərdim, bu aydındır – Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə qətiyyətlə onun yanındadır. Qondarma prezidentin separatçı Abxaziya bölgəsinə bu səfərini pisləyirik, çünki Lukaşenko Belarusun legitim prezidenti deyil. Sadə dillə desək, biz Gürcüstan hökumətinin razılığı olmadan belə bir səfərin həyata keçirilməsini qəbuledilməz hesab edirik, lakin, münasibətin bildirilməsi Gürcüstanın hökumətindən asılıdır”, – səfir bəyan etdi.