Pavel Herçinski - qismən səfərbərliyə görə Gürcüstana gələn Rusiya vətəndaşlarına münasibətin necə olması gürcülər və Gürcüstan hakimiyyətinin qərar verəcəyi məsələdir
Qismən səfərbərliyə görə Gürcüstana gələn Rusiya vətəndaşlarına münasibətin necə olması gürcülər və Gürcüstan hakimiyyətinin qərar verəcəyi məsələdir -bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Səfir qeyd olunan məsələ ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
“Təəssüf ki, münasibətin necə olacağını deyə bilmərəm, bu, gürcülər və Gürcüstan hakimiyyətinin qərar verəcəyi məsələdir. Təbii ki, Rusiya prezidentinin qismən səfərbərliyə başlamaq qərarının rusların axınına səbəb olduğunu tam başa düşürəm. Lakin bu, Gürcüstanın qərar verəcəyi məsələdir” – deyə Aİ səfiri bildirib.