Pavel Herçinski - Gender əsaslı zorakılıq təkcə şəxsi faciə deyil, həm də əsas hüquqların pozulmasıdır, gender əsaslı zorakılıq ətrafında səssizlik və stiqma pozulmalıdır
Pavel Herçinski - Gender əsaslı zorakılıq təkcə şəxsi faciə deyil, həm də əsas hüquqların pozulmasıdır, gender əsaslı zorakılıq ətrafında səssizlik və stiqma pozulmalıdır

Gender əsaslı zorakılıq təkcə şəxsi faciə deyil, həm də bütün dünyada, o cümlədən Gürcüstanda fərdlərə, ailələrə və icmalara təsir edən əsas insan hüquqlarının pozulmasıdır. – Bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin Qadınlara Qarşı Zorakılığın Beynəlxalq Mübarizə Günü ilə bağlı dərc etdiyi bəyanatında deyilir.

Səfirin dediyi kimi, statistika qadınlara qarşı zorakılığın hədsiz dərəcədə olduğunu göstərir.

“Dünyada demək olar ki, hər üçüncü insan həyatında ən azı bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalıb. Son məlumatlara görə, Gürcüstanda hər ikinci qadın həyatının hansısa dönəmində zorakılığa məruz qalıb. Bu çağırışların öhdəsindən gəlmək üçün Avropa İttifaqı Gürcüstanda gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün dövlət və qeyri-dövlət subyektlərinin potensialını gücləndirən layihələri maliyyələşdirir. Layihələrimiz zorakılığın qarşısının alınması üçün maarifləndirmə işləri aparır və qadınlara pulsuz hüquqi, sosial və ya psixoloji dəstək verir. Aİ tərəfindən maliyyələşdirilən layihələr həmçinin stereotipləri və zərərli qavrayışları dəyişdirmək və məlumat kampaniyalarına başlamaq üçün çalışır. Həmçinin, bu layihələr SafeYou tətbiqindən istifadəni təşviq edir”. – Herçinskinin bəyanatında deyilir.

Bununla belə, Pawel Herczynskinin fikrincə, qadınları gücləndirməyin ilk yolu onların qorxusuz və zorakılıqdan təhlükəsiz yaşamasını təmin etməkdir.

“Biz gender zorakılığı ilə bağlı sükutu və stiqmanı pozmalıyıq. Builki Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəaliyyətin mövzusu belədir: “Hər 10 dəqiqədən bir qadın öldürülür. Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləşin”. Biz birlikdə hörmət, ləyaqət və təhlükəsizliyin hamı üçün təmin edildiyi bir gələcək yarada bilərik”. – deyə səfirin bəyanatında deyilir.