Pavel Herçinski - əsas qərara bir həftə qalıb, genişlənmə paketinin təsdiqlənməsi üçün 27 üzv dövlətin hamısının razılığı lazımdır, ümid edirəm ki, liderlərimiz yekdilliyə nail ola biləcəklər
Əsas qərara, Avropa İttifaqının Şurasının genişlənmə paketi ilə bağlı qərarına bir həftə qalıb, ürəkdən ümid edirəm ki, liderlərimiz yekdilliyə və genişlənmə paketini təsdiqləmək üçün 27 üzv dövlətin razılığına nail ola biləcəklər, – deyə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Herçinskinin sözlərinə əsasən, ən yüksək səviyyədə çox intensiv danışıqlar gedir.
“Genişləndirmə paketinin bir hissəsi təbii ki, Gürcüstana namizəd statusunun verilməsi məsələsidir. Danışıqlar davam edir. Ən yüksək səviyyədə çox intensiv danışıqlar gedir. Hazırda vəziyyət fərqlidir: bir tərəfdən müsbət xəbər ondan ibarətdir ki, Avropa İttifaqına üzvlərinin böyük əksəriyyəti Avropa Komissiyasının tövsiyəsini yerinə yetirmək üçün genişlənmə paketini dəstəkləməyə hazırdır, lakin mənfi xəbər odur ki, hələ də yekdil bir fikir yoxdur.
Hamımızın bildiyi kimi, bu paketin təsdiqi üçün 27 üzv dövlətin hamısının təsdiqi lazımdır. Hələ bir həftə qalıb və mən ürəkdən ümid edirəm ki, liderlərimiz yekdilliyə və genişlənmə paketini təsdiqləmək üçün 27 üzv dövlətin razılığına gələ biləcəklər”, – Pavel Herçinski bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev