Pavel Herçinski- Doqquz addımın yerinə yetirilməsində məqsəd "Brüssel"i razı salmaq deyil, onların məqsədi əhalinin həyatını yaxşılaşdırmaq və Aİ standartlarına yaxınlaşdırmaqdır
Gürcüstanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqların açılmasını əhatə edən növbəti mərhələyə keçməsi üçün doqquz addımın yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir, bütün bu addımların və mərhələlərin məqsədi Brüsseli razı salmaq deyil – bu haqda sosial media üzərindən Gürcüstan vətəndaşlarının suallarını cavablandıran Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Səfir bildirib ki, Aİ-nin Gürcüstana namizəd statusu ilk növbədə gürcü əhalisinin öz Avropa gələcəyinə güclü dəstəyinin tanınmasıdır,
Gürcüstanın Avropa İttifaqında gələcəyi bir neçə mühüm addımın, məşhur doqquz addımın yerinə yetirilməsi ilə bağlıdır.
“Gürcüstan Avropa İttifaqına daxil olmaq yolunda dayandığı üçün siyasi liderlər konstruktiv şəkildə birgə işləməli, Gürcüstan əhalisinin Avropa istəklərini reallaşdırmaq üçün vətəndaş cəmiyyəti və biznesi cəlb etməlidirlər. Avropa İttifaqının Gürcüstana bu yolun hər addımında dəstək verəcəyinə əmin ola bilərsiniz. Aİ-nin dəyərlərinə dəstəyinizi ifadə etmək irəliyə gedən yoldur. Qanunun aliliyi və insan haqları Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda kompası olmalıdır”- səfir açıqlayıb.