Pavel Herçinski - Biz Gürcüstan Parlamentinin deoloqarxizasiya haqqında qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsi qərarını alqışlayırıq, ümid edirik ki, bu rəy tezliklə Parlamentə təqdim olunacaq
Avropa İttifaqının Gürcüstandakı səfiri, Pavel Herçinski Gürcüstan Parlamenti tərəfindən “deoliqarxizasiya” haqqında qanun layihəsinin Venesiya Komissiyasınagöndərilməsini alqışlayır.
Herçinski Gürcüstanın qısa müddət ərzində Venesiya Komissiyasından rəylər alacağına ümid etdiyini bildirir.
“Biz Gürcüstan parlamentinin “deoliqarxizasiya haqqında” qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsi qərarını səmimi qəlndən alqışlayırıq. Bu cür beynəlxalq standartları müəyyən edən Venesiya Komissiyasının rəyinin soruşulması çox əhəmiyyətlidir. Ümid edirik ki, bu rəy ən qısa zamanda Gürcüstan Parlamentinə təqdim olunacaq və sonra qanunun yekun qəbuluna qədər Venesiya Komissiyasının tövsiyələri nəzərə alınacaqdır”, – Herçinski bəyan etdi.
Noyabrın 28-də “Gürcü Arzusunda” deoliqarxizasiya haqqında qanun layihəsini üçüncü oxunuşda müzakirə etməkdən imtina etdiklərini və layihəni Venesiya Komissiyasına göndərəcəklərini bəyan etdilər.