Pavel Herçinski - biz bu hökumətlə işləyirik və Gürcüstanın demokratik yolla seçilmiş bütün hökumətləri ilə işləyəcəyik ki, ölkəni Avropa İttifaqına inteqrasiyaya doğru irəlilətsin
Pavel Herçinski - biz bu hökumətlə işləyirik və Gürcüstanın demokratik yolla seçilmiş bütün hökumətləri ilə işləyəcəyik ki, ölkəni Avropa İttifaqına inteqrasiyaya doğru irəlilətsin

Avropa İttifaqının Gürcüstandakı səfiri kimi mən Gürcüstan hökuməti ilə işləməyə hazıram, hökumət bizim əsas həmsöhbətimizdir. Biz Gürcüstanın bütün əvvəlki hökumətləri ilə işləmişik, bu hökumətlə işləyirik və Gürcüstanı Avropa İttifaqına inteqrasiya istiqamətində irəlilətməsi üçün Gürcüstanın demokratik yolla seçilmiş bütün hökumətləri ilə işləyəcəyik, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirdi.

Herçinskinin sözlərinə görə, o, indi təqdim olunan qanun layihəsinin qəbul edilməyəcəyinə ümid edir.

“Biz Gürcüstana Avrointeqrasiya yolunda növbəti addımlar atmağa kömək etmək üçün əlimizdən gələni edəcəyik. Bilirəm ki, Avropaya inteqrasiya Gürcüstanın və onun əhalisinin böyük əksəriyyətinin arzusudur. Dünən yağışa baxmayaraq, Tbilisi küçələrinə çıxaraq mövcud vəziyyətlə bağlı öz fikirlərini bildirən insanların sayı mənə həqiqətən təsir etdi. Biz səmimi şəkildə ümid edirik ki, “Xarici Təsirlərin Şəffaflığı haqqında” qanun layihəsi, indi adlandığı kimi, bugunki formada qəbul edilməyəcək. Bunu Gürcüstan hakimiyyəti ilə sphbət etmək üçün bir neçə yüksək səviyyəli səfər təşkil etdik. Bu yüksək səviyyəli səfərlər davam edəcək və biz iştirak etməyə hazırıq. Biz mövcud vəziyyətin həlli üçün Gürcüstan hakimiyyəti ilə konstruktiv işləməyə hazırıq”, – deyə səfir bildirdi.