Pavel Herçinski - Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən hər il olduğu kimi, xeyriyyə yarmarkası təşkil edilir, şadam ki, Avropa İttifaqı bu tədbirin əsas iştirakçılarından biridir
Pavel Herçinski - Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən hər il olduğu kimi, xeyriyyə yarmarkası təşkil edilir, şadam ki, Avropa İttifaqı bu tədbirin əsas iştirakçılarından biridir

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Beynəlxalq Qadınlar Assosiasiyasının təşkil etdiyi illik xeyriyyə yarmarkasında və sərgi-satışda iştirak edib. Tədbir “Sheraton” otelində baş tutub.

“Bizim tədbirimiz əladır. Bu, Gürcüstan Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən hər il keçirilən xeyriyyə yarmarkasıdır. Şadam ki, Avropa İttifaqı bu tədbirin əsas iştirakçılarından biridir. Gördüyünüz kimi, biz burada xüsusilə gənclər üçün Avropa İttifaqı haqqında “Bilik çarxı” viktorinasını təqdim etmişik. Bundan əlavə, bizim dəstəklədiyimiz çoxlu yerli sahibkarlar, sosial müəssisələr, fermerlər var ki, onlar gözəl gürcü məhsulları, zərgərlik məmulatları, yeməklər, şərablar, pendirlər, ballar, Gürcüstanın tanındığı hər şeyi satırlar. Mən çox şadam ki, Avropa İttifaqı kiçik biznesə, sosial müəssisələrə öz məhsullarını təkcə Gürcüstanda deyil, həm də Avropada bazara çıxarmaq üçün dəstək verir. Ona görə də bu, çox mühüm hadisədir, əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq, çünki qarşıdan Milad və Yeni il gəlir və biz Milad bayramını qeyd etmək üçün ehtiyacı olanlara kömək etmək istərdik”, – Herçinski bildirib.

Beynəlxalq Qadınlar Assosiasiyası (IWA) 22 ildir ki, hər dekabr ayının əvvəlində gürcü sahibkarları və incəsənət xadimlərinin Gürcüstandakı akkreditə olunmuş səfirliklərin nümayəndələri ilə birlikdə iştirak etdiyi qış xeyriyyə yarmarkası təşkil edir. Yarmarkaya gələnlər müxtəlif ölkələrin səfirlikləri tərəfindən təklif olunan məhsulları almaq, həmçinin gürcü sahibkarları və sənətkarları tərəfindən hazırlanmış unikal məhsullara baxmaq və almaq, yarmarkada təqdim olunan müxtəlif və ləzzətli mətbəxi dadmaq imkanı əldə ediblər.

Beynəlxalq Qadınlar Assosiasiyasından verilən məlumata görə, tədbirdən əldə olunacaq vəsait Beynəlxalq Qadınlar Təşkilatının xeyriyyə layihələrinin həyata keçirilməsinə dəstək olacaq.