Pavel Herçinski - azad və ədalətli seçkilər, azad və ədalətli seçki prosesi hər bir demokratik ölkə üçün lazımdır
Pavel Herçinski - azad və ədalətli seçkilər, azad və ədalətli seçki prosesi hər bir demokratik ölkə üçün lazımdır

Azad və ədalətli seçkilər, azad və ədalətli seçki prosesi hər bir demokratik ölkə üçün mütləq lazımdır, -bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski MSK-nın kadr təminatı ilə bağlı sualı cavablandırarkən deyib.

“Bu, Avropa Komissiyası ilə Gürcüstan arasında dialoqu davam etdirməli olduğumuz başqa məsələdir. Azad və ədalətli proses doqquz addımdan biridir. Seçki islahatlarına gəlincə, Venesiya Komissiyası beynəlxalq standartların müəyyənedicisidir, biz dəfələrlə Gürcüstan parlamentindən söhbət seçkilərə gələndə , planlaşdırılan bütün islahatlarla bağlı məsləhətləşmələr aparmağı xahiş etmişik”, – deyə səfir bildirib.

Herçinskinin sözlərinə görə, Venesiya Komissiyası öz tövsiyələrində aydın olub.

“İmzalanan qanunda Venesiya Komissiyasının bir çox tövsiyələri var, hərçənd təəssüf ki, Venesiya Komissiyasının bəzi tövsiyələri nəzərə alınmayıb”, – deyə səfir bildirib.