Pavel Herçinski - Avropa İttifaqı Gürcüstan və Avropa İttifaqı arasında fiziki əlaqələrin mümkün qədər tez həyata keçirilməsini təmin etmək üçün ambisiyalı iqtisadi layihələrdə irəliləmək niyyətindədir
Pavel Herçinski - Avropa İttifaqı Gürcüstan və Avropa İttifaqı arasında fiziki əlaqələrin mümkün qədər tez həyata keçirilməsini təmin etmək üçün ambisiyalı iqtisadi layihələrdə irəliləmək niyyətindədir

Avropa İttifaqı mümkün qədər tez bir zamanda Gürcüstan və daha geniş bölgə, Avropa İttifaqı arasında fiziki əlaqələri təmin etmək üçün iqtisadi layihələri sürətlə inkişaf etdirmək niyyətindədir, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri, Pavel Herçinski bəyan etdi.

Herçinskinin dediyinə görə, ambisiyalı iqtisadi layilərə başlamaq lazımdır.

“Orta dəhliz çox əhəmiyyətli bir baxışdır. Cənubi Qafqaz və Gürcüstan vasitəsilə bizim Asiyadan Avropa İttifaqına yük daşımalarımız var. Bu, Gürcüstan və Avropa İttifaqı üçün fayda gətirəndir. İndi ambisiyalı iqtisadi layilərə başlamaq lazımdır. Bütün bunları həyata keçirmək üçün boru kəmərləri, yollar, bərə terminalları lazımdır. Qarşımızda böyük işlər var. İki həftə əvvəl Avropa komissarı Varhei Gürcüstanda bizə səfər etdi. Bu məsələlər Gürcüstan hökuməti ilə müzakirə olundu və Avropa İttifaqı mümkün qədər tez bir zamanda Gürcüstan və daha geniş bölgə, Avropa İttifaqı arasında fiziki əlaqələri təmin etmək üçün iqtisadi layihələri sürətlə inkişaf etdirmək niyyətindədir”, – Pavel Herçinski bəyan etdi.