Pavel Herchinski - Ümid edirəm ki, biz mümkün qədər tez Aİ-yə üzvlük danışıqlarının açılmasına keçəcəyik, bu, doqquz addımın gedişatındakı irəliləyişdən asılı olacaq
Pavel Herchinski - Ümid edirəm ki, biz mümkün qədər tez Aİ-yə üzvlük danışıqlarının açılmasına keçəcəyik, bu, doqquz addımın gedişatındakı irəliləyişdən asılı olacaq

 
Namizəd statusunun verilməsi yekun deyil, bu, Gürcüstanın Aİ-yə üzvlük üçün ehtiyac duyduğu mürəkkəb işin başlanğıcıdır-bu haqda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski jurnalistlərə açıqlayıb.

Herchinski ümid edir ki, doqquz addım ilə əlaqədar iş sürətləndiriləcək və inkluziv olacaq.

“Avropa Komissiyası doqquz addım müəyyən edib və dekabrda 27 üzv ölkə buna razılıq verib. Avropa Şurasının tarixi iclasında Gürcüstana namizəd statusu verilib. İndi biz bir sonrakı addımları atmalıyıq. Əslində, namizəd statusunun verilməsi yekun deyil. Bu, Gürcüstanın Aİ-yə üzvlük üçün ehtiyac duyduğu mürəkkəb işin başlanğıcıdır. Ümid edirik ki, iş sürətlənəcək, inkluziv, konstruktiv olacaq və Gürcüstan qəbul ediləcək. Səmimi qəlbdən ümid edirəm ki, biz sonrakı mərhələyə, Avropa İttifaqına daxil olmaq üzrə danışıqların açılmasına mümkün qədər tez keçəcəyik. Bir daha təkrarlayıram, bu doqquz addımda nə qədər irəliləyiş əldə olunacağından asılı olacaq. Doqquz addım haqqında razılaşmadan cəmi bir neçə həftə keçib. İrəliləyişdən danışmaq hələ tezdir. Səmimi qəlbdən ümid edirəm ki, yeni mərhələyə keçmək üçün irəliləyiş çox tez əldə olunacaq və bu, Gürcüstan və Avropa İttifaqı arasında üzvlük danışıqlarının başlanması deməkdir” – Herchinski qeyd edib.