Pavel Herchinski - Saakaşvilinin bütün hüquqlarının tam şəkildə qorunması önəmlidir, onun gələcəyi təbii ki, məhkəmənin səlahiyyətindədir
Pavel Herchinski - Saakaşvilinin bütün hüquqlarının tam şəkildə qorunması önəmlidir, onun gələcəyi təbii ki, məhkəmənin səlahiyyətindədir

 

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski sabiq prezident Mixeil Saakaşvilinin bütün hüquqlarının tam şəkildə qorunmasının mühüm olduğunu bildirib.

Səfir Saakaşvilinin vəziyyətini izlədiklərini qeyd edib.

“Biz onun səhhətinin pisləşməsindən xəbərdarıq, onun bütün hüquqlarının qorunması üçün izləyirik. Onun ailəsi, vəkilləri və təbii ki, Gürcüstan hakimiyyətinin nümayəndələri ilə əlaqə saxlayırıq. Fikrimizcə, eks-prezident Saakaşvilinin bütün hüquqlarının tam şəkildə qorunması olduqca önəmlidir, onun gələcəyi təbii ki, məhkəmənin səlahiyyətindədir”-deyə səfir açıqlayıb.