Pavel Herchinski - Rikoti magistralının inkişafı Gürcüstanı Avropa İttifaqına yaxınlaşdıran iqtisadi və investisiya planlarının həyata keçirilməsinə birbaşa töhfə verir
Pavel Herchinski - Rikoti magistralının inkişafı Gürcüstanı Avropa İttifaqına yaxınlaşdıran iqtisadi və investisiya planlarının həyata keçirilməsinə birbaşa töhfə verir

Rikoti magistralının inkişafı iqtisadi və investisiya planlarının reallaşmasına bilavasitə töhfə verir, Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırır, – Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski Rikoti magistral yolunun 27 km hissəsi açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, magistral genişlənmiş trans-Avropa nəqliyyat şəbəkəsinin bir hissəsidir.

“Bu gün biz çox mühüm mərhələnin, Gürcüstanın Avropa İttifaqı ilə nəqliyyat əlaqəsinin şahidiyik. Bu, Brüsseldə keçirilən və Gürcüstanın baş nazirinin də iştirak etdiyi ilk Avropa “Qlobal Gateway Forumu” adlandırılan, eləcə də bu həftə keçirilən “Tbilisi İpək Yolu Forumu” kontekstində qeyd olunur.

“Qlobal Gateway” Avropa İttifaqının onun müxtəlif hissələri ilə birləşdirən strategiyası, rəqəmsal enerji və nəqliyyat sektorlarında ağıllı, təmiz və təhlükəsiz əlaqələri təşviq etmək, bütün dünyada səhiyyə, təhsil və tədqiqat sistemlərini gücləndirmək üçün Avropa strategiyasıdır. Bunu deməyi də sevirik ki, biz davamlı inkişaf yolu ilə birlikdə daha güclüyük. Gürcüstanda sözügedən strategiya beynəlxalq əlaqə ilə əlaqəli olan qabaqcıl layihələri nəzərə alınmaqla iqtisadi və investisiya planları vasitəsilə həyata keçirilir. Buraya qeyd olunan Şərq-Qərb Ekspress yolu daxildir. Bu magistral genişləndirilmiş trans-Avropa nəqliyyat şəbəkəsinin bir hissəsidir ki, bu da qoşulmanın artırılması yolu ilə regional inteqrasiya imkanlarını təmin edir.

Gürcüstanın baş nazirinin “Tbilisi İpək Yolu Forumu”nda qeyd etdiyinə əsasən, Gürcüstan regional tranzit qovşağına və Şərq-Qərb nəqliyyat marşrutlarının mərkəzinə çevrilməyə can atır. Avropa İttifaqının yol təhlükəsizliyinə həsr olunmuş qrantları ilə ciddi şəkildə tamamlanan bu investisiya regional inteqrasiyanın təkmilləşdirilməsinə ciddi töhfə verəcək, eyni zamanda yol hərəkəti ilə bağlı riskləri azaldacaq.

Biz bu investisiyaları maliyyələşdirən Avropa İnvestisiya Bankına minnətdarıq. Bu magistralın inkişafı iqtisadi və investisiya layihələrinin reallaşmasına birbaşa töhfə verir, Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırır. Avropa Komissiyasının sədri Ursula Fon Der Leyenin “Qlobal Gateway Forumu”nda dediyi sitatı bir daha təkrar etmək istərdim. O, Götedən sitat gətirərək deyirdi: “İrəli getməyən geriyə gedir”. Gəlin Gürcüstanı Avropa İttifaqı ilə birləşdirmək üçün birlikdə irəliləyək”, – Pavel Harçinski bildirib.