Pavel Herchinski - Nika Qvaramianı əfv edib-etməmək prezidentdən asılıdır, əfv etmək istədiyi istənilən insanı əfv etmək onun konstitusion hüququdur
Pavel Herchinski - Nika Qvaramianı əfv edib-etməmək prezidentdən asılıdır, əfv etmək istədiyi istənilən insanı əfv etmək onun konstitusion hüququdur

 

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski Nika Qvaramianı əfv edib-etməyəcəyinin Gürcüstan Prezidentindən asılı olduğunu deyib.

O, faktiki olaraq əfv etmək istədiyi istənilən insanı əfv etməyin onun konstitusion hüququ olduğunu deyib.

“Belə ki, əlavə şərh verə bilmərəm. Bildiyiniz kimi, 12 tövsiyədən biri media azadlığına, peşəkarlığa və müstəqilliyə aiddir. İfadə azadlığı Avropa Birliyinin əsaslandığı prinsiplərdən biridir.Belə ki, biz bu və digər hallara diqqətlə baxırıq. Avropa Komissiyasının öz qiymətləndirməsini dərc etməsinə qədər hələ vaxt var. Bu məruzə oktyabrda dərc olunacaq və ən yüksək siyasi səviyyədə, prezidentlər və baş nazirlər səviyyəsində üzv dövlətlər cari ilin dekabrında Gürcüstanın inteqrasiya prosesi ilə bağlı növbəti addımlar barədə qərar verəcəklər” -deyə Pavel Herchinski açıqlayıb.