Pavel Herchinski - Mixeil Saakaşviliyə 21-ci əsrdə və Tbilisi kimi qabaqcıl bir yerdə məhkəmə qarşısına çıxmaq imkanı veriləcəyinə ümid edirik
Pavel Herchinski - Mixeil Saakaşviliyə 21-ci əsrdə və Tbilisi kimi qabaqcıl bir yerdə məhkəmə qarşısına çıxmaq imkanı veriləcəyinə ümid edirik

 
Mixeil Saakaşvilinin məhkəməyə getməsinin niyə qeyri-mümkün olduğunu anlamaq çətindir. Ümid edirəm ki, onun bunu onlayn həyata keçirməsi texniki cəhətdən mümkün olacaq, çünki onun təqsirləndirilən şəxs kimi hüquqları tam şəkildə qorunmalıdır – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski açıqlayıb.

“Avropa İttifaqı sabiq prezident Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı mövcud xəbərlərdən narahatdır. Biz bu məsələni Gürcüstanın müvafiq qurumları qarşısında qaldırmışıq. Gürcüstan hakimiyyəti onun məhbus və təqsirləndirilən şəxs kimi hüquqlarının tam şəkildə qorunmasını təmin etməlidir. Ona 21-ci əsrdə və Tbilisi kimi qabaqcıl bir yerdə məhkəmə qarşısına çıxmaq imkanı veriləcəyinə ümid edirik. Onun məhkəməyə getməsinin niyə qeyri-mümkün olduğunu anlamaq çətindir. Ümid edirəm ki, onun bunu onlayn həyata keçirməsi texniki cəhətdən mümkün olacaq, çünki onun təqsirləndirilən şəxs kimi hüquqları tam şəkildə qorunmalıdır. Onun aclıq aksiyasını davam etdirməmək qərarını verməsindən dolayı şadam, çünki bu, səhhətinə kömək etməyəcəkdi. Biz onun səhhətini diqqətlə izləyirik və gürcü məhkəməsinin müəyyən edəcəyi növbəti addımları gözləyirik”- deyə Pavel Herchinski açıqlayıb.