Pavel Herchinski Kezeraşvili məsələsi ilə bağlı - istənilən qanunsuz fəaliyyət təhqiq edilməli və bu qanunsuz əmələ görə məsuliyyət daşıyan şəxs ədalət mühakiməsi qarşısına çıxarılmalıdır
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski istənilən qanunsuz fəaliyyətin təhqiq edilməsi və qanunsuz əmələ görə məsuliyyət daşıyan şəxsin ədalət mühakiməsi qarşısına çıxarılması gərəkdiyini bildirib.
Herchinski bu barədə Davit Kezeraşvili ilə əlaqədar suala cavabında açıqlayıb.
“Təbii ki, Gürcüstan vətəndaşlarına, eləcə də digər ölkələrin vətəndaşlarına yönəlmiş istənilən qanunsuz fəaliyyət varsa, bu təhqiq edilməli və bu qanunsuz əmələ görə məsuliyyət daşıyan şəxs ədalət mühakiməsi qarşısına çıxarılmalıdır”- deyə Pavel Herchinski açıqlayıb.