Pavel Herchinski - Gürcüstanın bütün siyasi elitasının Avropa İttifaqına yaxınlaşmaq üçün səylərini görmək istərdik
Gürcüstanın bütün siyasi elitasının Avropa İttifaqına yaxınlaşmaq üçün səylərini görmək istərdik – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski namizəd statusunu əldə etmək üçün 12 tövsiyənin yerinə yetirilməsinin nə dərəcədə həlledici olacağı ilə bağlı suala cavabında açıqlayıb.
Aİ-nin Gürcüstandakı səfiri 12 istiqamətin hamısında irəliləyiş olacağına ümid edir.
“Dəfələrlə təkrar etdiyim kimi, bizim görmək istədiyimiz şey Gürcüstanın bütün siyasi elitasının Avropa İttifaqına yaxınlaşmaq cəhdidir. Ümid edirik ki, 12 istiqamətin hamısında irəliləyiş olacaq. Əlbəttə ki, bəzilərinə nail olmaq digərlərindən daha asandır. Bəziləri ilin sonundan daha çox vaxt tələb edir. Amma bizim görmək istədiyimiz konstruktiv və əhatəli prosesdir. Ölkənin bütün siyasi iştirakçıları arasında Aİ-yə inteqrasiya və Gürcüstanın gələcək Aİ üzvlüyü ilə bağlı milli konsensus olması görmək istədiyimiz mənzərədir” -deyə Pavel Herchinski açıqlayıb.