Pavel Herchinski - biz təzyiq göstərməyə, Rusiyanı təcrid etməyə çalışırıq və tərəfdaşlarımızdan, xüsusən də Avropa İttifaqına daxil olmaq istəyənlərdən eyni yanaşmanı göstərmələrini gözləyirik
Pavel Herchinski - biz təzyiq göstərməyə, Rusiyanı təcrid etməyə çalışırıq və tərəfdaşlarımızdan, xüsusən də Avropa İttifaqına daxil olmaq istəyənlərdən eyni yanaşmanı göstərmələrini gözləyirik

 
Biz Rusiya ilə əlaqəmizi qadağan etmək və məhdudlaşdırmaq qərarını kollektiv şəkildə verdik. Biz Rusiyanı təcrid etmək və ona təzyiq etmək istəyirik, Rusiyanın Ukraynadakı narahatedici davranışına görə bədəl ödəməsini istəyirik. Biz hər gün onun törətdiyi cinayətləri və vəhşilikləri görürük, bunu belə qoymayacağıq- bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski açıqlayıb.

Səfir Avropa İttifaqının qətiyyətlə Ukraynanı dəstəklədiyini bildirib.

“Biz bacardığımız qədər Ukraynanı dəstəkləyirik, təzyiq göstərməyə və Rusiyanı təcrid etməyə çalışırıq. Bizim nöqteyi-nəzərimizdən bu, dəhşətli müharibənin mümkün qədər tez başa çatmasını təmin etməyin yeganə yoludur və biz tərəfdaşlarımızın, xüsusən də Avropa İttifaqına qoşulmaq istəyənlərin eyni yanaşmanı göstərmələrini gözləyirik”- deyə Herchinski açıqlayıb.