Pavel Herchinski - Avropa Komissiyası gələn il 12 tövsiyənin yerinə yetirilməsini qiymətləndirəcək və yekun qərar yekdilliklə qəbul ediləcək, bütün səylər üçün əllərimi çarpazlamışam
Məhkəmənin çıxardığı fərdi qərarları şərh etmirik. Deyə biləcəyim tək şey odur ki, plüralist cəmiyyət, güclü vətəndaş cəmiyyəti və media azadlığı Avropa İttifaqının əsas dəyərləridir -bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herchinski Nika Qvaramianın işi ilə bağlı jurnalistlərə açıqlayıb.
“Media azadlığı həlledici tövsiyə olacaqmı ?” sualına səfir cavabında qiymətləndirmənin layiqlikdən, qanunvericilik addımlarından, prosesin necə aparılacağından asılı olacağını bildirib. Pavel Herchinskinin açıqlamasına görə, proses isə inklüziv və konstruktiv olmalıdır.
“Fikrimcə, 12 tövsiyəni bir paket kimi qəbul etməmilisiniz. Qiymətləndirmə layiqlik əsasında olacaq. Bu, qanunvericilik addımlarından, prosesin necə həyata keçirilməsindən asılı olacaq. Proses inklüziv, konstruktiv olmalıdır. Həmçinin, həyata keçirilməsi vacib olacaq. Söhbət təkcə müvafiq qanunvericiliyin olmasından deyil, həm də onun düzgün icrasından gedir. Hələ vaxt var. Avropa Komissiyası gələn il 12 tövsiyənin icrasını qiymətləndirəcək və yekun qərar gələn ilin sonunda üzv dövlətlər tərəfindən yekdilliklə qəbul ediləcək. Beləliklə, bütün səylər üçün əllərimi çarpazlamışam. Hələ vaxt var və mən səmişi şəkildə ümid edirəm ki, Gürcüstan bunu qəbul edəcək. Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi bütün vasitələrlə kömək etmək üçün çalışır” -deyə Pavel Herchinski açıqlayıb.