Pavel Herchinski - Aİ zorakılığın istənilən formasını qınayır, lakin biz ifadə və toplaşmaq azadlığını çox açıq şəkildə dəstəkləyirik
Biz zorakılığın istənilən formasını qınayır, lakin ifadə və toplaşmaq azadlığını çox açıq şəkildə dəstəkləyirik-bu barədə “Toplaşmaq və nümayişlər” haqqında qanun layihəsini şərh edən Aİ-nin Gürcüstandakı səfiri Pavel Herchinski danışıb.
“Yeni qanunla bağlı biz ombudsmanın mövqeyinə şahid olduq, o, bu qanun layihəsi ilə bağlı öz fikrini ifadə etdi. Deyə biləcəyim odur ki, Avropa İttifaqı olaraq biz kimə yönəlməsindən asılı olmayaraq, zorakılığı qınayırıq, zorakılığın istənilən formasını qınayırıq, lakin digər tərəfdən ifadə və toplaşmaq azadlığını çox açıq şəkildə dəstəkləyirik”-deyə Pavel Herçinski bildirib.
Parlament dünən “Toplaşmaq və nümayişlər haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Dəyişikliklərlə bağlı müzakirələr iki gün ərzində sürətləndirilmiş şəkildə aparılıb.