Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin əməkdaşları Tbilisi şəhərində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi- saxlanılması və işə keçirilməsi faktları üzrə Rusiya Federasiyasının vətəndaşı, 1995-ci il təvəllüdlü İ.F.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“İstintaq müəyyən edib ki, patrul polisi əməkdaşları İ.F.-ni üzərində yoxlama aparılması məqsədilə saxlayıblar, bu zaman onun üzərindən 244 bükümdə narkotik vasitə maddi sübut kimi götürülüb.
Aparılmış istintaq hərəkətləri nəticəsində əlavə olaraq 998,87 qram narkotik maddə aşkar edilərək götürülüb, onun bir hissəsi müqəssir tərəfindən mühafizə olunan anbarda , bir hissəsi isə sonrakı satış üçün xüsusi yerə yerləşdirilib.
İstintaq Cinayət Məcəlləsinin 260-1 və 18-260-4-cü maddələri ilə aparılır. Cinayət 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.