Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin avtoparkı 130-dək yeni “Renault” və “Skoda” markalı avtomobillər ilə yenilənib.
Patrul Polis İdarəsinin direktoru Vaja Siradze yeni avtomobillərə baxış keçirib və onların texniki xüsusiyyətləri ilə tanış olub.
Avtomobillər Gürcüstanın müxtəlif bölgələri üzrə bölünəcək.
Yeni avtomobillərə dağlıq bölgələr üçün nəzərdə tutulmuş yolsuzluq avtomobilləri daxildir.
Patrul Polisinin avtoparkının yenilənməsi patrul-müfəttişlərinin fəaliyyətinə daha çox töhfə verəcək.
İnfrastrukturun yenilənməsinin məqsədi polis fəaliyyətinin səmərəliliyini artırmaq və polis əməkdaşları üçün daha yaxşı, daha rahat iş şəraiti yaratmaqdır.
Polis infrastrukturunun və avadanlıqlarının yenilənməsi və təkmilləşdirilməsi gələcəkdə də davam etdiriləcək.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.