Patrul Polis İdarəsi bölgələrdə güclü qar və yolların buz bağlaması səbəbilə əhaliyə xəbərdarlıq edir
Patrul Polis İdarəsi bölgələrdə güclü qar və yolların buz bağlaması səbəbilə əhaliyə xəbərdarlıq edir

 

Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsi bölgələrdə yağan güclü qar və yolların buz bağlaması səbəbilə vətəndaşları yollarda müvafiq qış təkərləri ilə hərəkət etməyə, patrul polisi əməkdaşlarının göstərişlərinə əməl etməyə və yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Patrul Polis İdarəsinin məlumatında qeyd edildiyi kimi, hazırda ölkə miqyasında bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti mümkündür. Buna baxmayaraq, əlavə təhlükəsizlik tədbirləri məqsədilə nəqliyyatın hərəkəti patrul polis qrupları tərəfindən tənzimlənir.

“Bununla yanaşı patrul polisi əməkdaşları Daba Tzağveridən Bakuriani-Tsemi istiqamətində avtomobillərin qış təkərləri ilə hərəkətinə nəzarət edir. Yay təkərləri aşkar edilərsə, avtomobilin sürücüsünə yuxarıda qeyd olunan istiqamətdə hərəkət etməyə icazə verilməyəcək”-deyə Patrul Polis İdarəsinin məlumatında deyilir.