Patriarxlıqda Müqəddəs Sinodun iclası keçirilir
Patriarxlıqda Müqəddəs Sinodun iclası keçirilir

 

Patriarxlıqda Müqəddəs Sinodun iclası keçirilir.

Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Dekanoz Andria Cağmaidzenin iclas başlamazdan əvvəl dediyi kimi, iclasda müzakirə olunacaq mövzular hələ bilinmir.

“Bir qayda olaraq, müzakirə olunacaq məsələlər sinodun iclasında məlum olur, biz patriarxın hansı məsələləri qaldıracağını gözləyəcəyik” -deyə Cağmaidze açıqlayıb.

Fevralın 10-da Patriarxlıq Müqəddəs Sinodun iclasının təyin olunduğunu elan edib.

“Kütləvi informasiya vasitələrinin böyük marağından irəli gələrək, 2023-cü ilin fevralın 14-də çərşənbə axşamı günü, Ümumi Gürcüstanın katolikos-patriarxı, Mtsxeta-Tbilisinin baş yepiskopu və Bichvinti və Tsxum-Abxaziya mitropoliti II İlianın dəvəti ilə Gürcüstan Ortodoks Kilsəsinin Müqəddəs Sinodunun iclasının keçiriləcəyinə dair sizləri məlumatlandırırıq”- bu barədə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin məlumatında deyilir.