Patriarxlıq - Vətəndaşlarımızın evlərindən çıxarılmaqdan və küçədə qalmaqdan maksimal olaraq qorunması üçün qanuna müvafiq dəyişiklik ediləcəyinə ümid edirik
Vətəndaşlarımızın evlərindən çıxarılmaqdan və küçədə qalmaqdan maksimal olaraq qorunması üçün qanuna müvafiq dəyişiklik ediləcəyinə ümid edirik- bu haqda Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin açıqlamasında qeyd olunub.
Patriarxlıq bir neçə gün əvvəl Kekelidze küçəsində yerləşən mənzildən bir ailənin çıxarılmasına münasibət bildirir.
“Kekelidze küçəsində baş verən hadisəni ürək ağrısı ilə izləyirdik.
Sözügedən hadisə həqiqətən də faciəlidir və mənzil kreditinin təminatı məsələsinin qanunvericiliklə tənzimlənməsinin zərurətindən xəbər verir.
Vətəndaşlarımızın evlərindən çıxarılmaqdan və küçədə qalmaqdan maksimal olaraq qorunması üçün qanuna müvafiq dəyişiklik ediləcəyinə ümid edirik” – deyə bəyanatda qeyd olunub.