Patriarxlıq - Şiomğvime monastırının verdiyi məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb və monastıra ziyan dəyməyib
Patriarxlıq - Şiomğvime monastırının verdiyi məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb və monastıra ziyan dəyməyib

Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti Şiomğvime monastırının yaxınlığında baş verən insidentlə bağlı məlumat yayıb.

Patriarxlığın yaydığı məlumata əsasən, Şiomğvime monastırı qəza nəticəsində heç kimin xəsarət almadığını və monastıra ziyan dəymədiyini açıqlayıb.

“Məlum olduğu kimi, monastırı əhatə edən qayadan vaxtaşırı qayalar tökülür. Bu il isə nisbətən irimiqyaslı hadisə baş verdi.

Hazırda ərazidə müvafiq dövlət strukturları işləyir” -deyə məlumatda qeyd olunub.