Patriarxlıq - naməlum şəxslər vətəndaşlarla əlaqə saxlayaraq, guya katolikos-patriarxın xeyir-duası ilə yaradılmış fond üçün pul istəyirlər, bu həqiqətə uyğun deyil
Naməlum şəxslər vətəndaşlarla əlaqə saxlayaraq, guya katolikos-patriarxın xeyir-duası ilə yaradılan fond üçün pul istəyirlər, bu həqiqətə uyğun deyil- bu barədə Gürcüstan Patriarxlığının bəyanatında deyilir.
Patriarxlıq vaxtında cavab tədbirlərinin görülməsi üçün vətəndaşları oxşar faktlar qeydə alan kimi dərhal onlara məlumat verməyə çağırır.
“Son günlər ərzində naməlum şəxslərin mobil telefon vasitəsilə vətəndaşlarla əlaqə saxlayaraq, guya Ümumi Gürcüstanın Katolikos-patriarxının xeyir-duası ilə yeni yaradılmış xeyriyyə fondu üçün pul istəməsi halları çoxalıb.
Təbii ki, oxşar fakt həqiqətə uyğun deyil. Görünür, müəyyən şəxslər kilsənin adından istifadə edərək ictimaiyyəti çaşdırmağa çalışırlar.
Xahiş edirik, oxşar faktlar qeydə alsanız və bildiriş alsanız, vaxtında cavab tədbirləri görmək və oxşar anlaşılmazlıqları aradan qaldırmaq üçün dərhal bizə məlumat verin” – deyə Gürcüstan Patriarxlığının bəyanatında deyilir.