Patriarxlıq Müqəddəs Sinodun bugünkü iclası ilə bağlı məlumat yayır
Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumatda Patriarxlıqda Müqəddəs Sinodun iclasının başa çatdığı deyilir.
“Gürcüstan Patriarxlığında Ümumi Gürcüstanın katolikos-patriarxı, Mtsxeta-Tbilisinin baş yepiskopu və Bichvinti və Tsxum-Abxaziya mitropoliti II İlianın xeyir-duası ilə çağırılmış Gürcüstan Ortodoks Kilsəsinin Müqəddəs Sinodunun iclası başa çatıb.
Sinodun qərarı daha sonra açıqlanacaq”- deyə məlumatda qeyd olunub.
İclas saat 12:00-a təyin edilmişdi, lakin bir neçə saat gecikmə ilə başladı.