Patriarxlıq - Metropolit Nikolozun Moskvaya rəsmi səfəri olmayıb, son dövrdə özəl və şəxsi ehtiyacları ilə əlaqədar bir neçə dəfə Rusiyanın paytaxtına səfər edib
Patriarxlığın bəyanatında qeyd edildiyi kimi, bu, mitropolit Nikolozun rəsmi səfəri olmayıb.
“Mətbuatda və internetdə Axalkalaki, Kumurdo və Kari mitropoliti Nikolozu (Paçuaşvili) Rusiya Patriarxı Kirili Mələk Günü münasibətilə təbrik etmək üçün Moskvaya Gürcüstan Patriarxlığının göndərdiyi barədə məlumat yayılıb. Bununla əlaqədar olaraq, aydın şəkildə qeyd edirik ki, bu, Metropolit Nikolozun rəsmi səfəri deyildi. Son müddətdə o, özəl və şəxsi ehtiyacları ilə əlaqədar bir neçə dəfə Moskvaya səfər edib, çünki Rusiyanın paytaxtında ailə üzvləri və digər qohumları var”, – deyə məlumatda bildirilir.
Məlumat üçün bildirək ki, din xadimi Nikoloz Paçuaşvili özü də bu səfərin rəsmi olmadığını təsdiqləyib. Özünün dediyi kimi, Moskvadakı ibadətdə iştirak etmək qərarını Gürcüstan Patriarxı ilə razılaşdıra bilməyib.