Patriarxlıq - martın 28-də keçirilməsi planlaşdırılan aksiyanın Gürcüstan Patriarxlığı ilə heç bir əlaqəsi yoxdur
Martın 28-də keçirilməsi planlaşdırılan aksiyanın Gürcüstan Patriarxlığı ilə heç bir əlaqəsi yoxdur – bu barədə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin məlumatında deyilir.
“Martın 28-də Ukraynada baş verən hadisələrə toxunacaq kilsə mövzusu ilə bağlı aksiya haqqında məlumat yayıldı. Bəyanatda deyildiyi kimi, yürüş Ukrayna səfirliyi yaxınlığında etiraz aksiyası ilə başa çatmalıdır və guya, bizim kilsənin din xadimləri də iştirak etməlidirlər.
Bildiririk ki, qeyd olunan fəaliyyətin Gürcüstan Patriarxlığı ilə heç bir əlaqəsi yoxdur və din xadimləri digər ölkələrin dövlət nümayəndəliyi ilə etiraz aksiyalarında iştirak etməkdən çəkinməlidirlər”-deyə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin məlumatında qeyd olunur.