Patriarxlıq, din xadimlərini parlament qarşısında aksiyanın siyasi və ya destruktiv xarakter daşıyacağı təqdirdə, bu aksiyalarda iştirak etməməyə çağırır
Patriarxlıq parlament qarşısında aksiyanın siyasi və ya dağıdıcı xarakter daşıyacağı təqdirdə din xadimlərini qeyd olunan aksiyalarda iştirak etməməyə çağırır, – bu barədə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin bəyanatında deyilir.
“Məlumdur ki, bu gün parlament binası qarşısında keçirilməsi planlaşdırılan aksiya siyasi və ya dağıdıcı aksiyaya çevrilə bilər.
Patriarxlıq din xadimlərini aksiya oxşar formada olarsa, qeyd olunan fəaliyyətdə iştirak etməməyə çağırır”, – deyə məlumatda bildirilir.
Gürcüstan parlamentinin binası qarşısında “Alt İnfo”nun təşkilatçılığı ilə aksiya keçirilir. Mitinq iştirakçıları Müqəddəs Matronanın ikonasına boya vurulmasına etiraz edirlər.
Müəllif -
Mehemmed Bayramaliyev