Mən Putinlə görüşdüm və ona dedim ki, separatizm yoluxucu bir xəstəlikdir, – bu barədə bəyanatı katolikos-patriarx İkinci İlia, patriarxlıq rezidensiyasında Gürcüstanda rəsmi səfərdə olan Serbiya Respublikasının Milli Assambleyasının spikeri Maia Giokoviç ilə görüş zamanı verdi.
Patriarxlıqdaki görüşdə Serbiyanın səfiri Radu Buliatoviç və Gürcüstanın Serbiyadaki səfiri İoseb Nanobaşvili iştirak edirdilər.
Patriarx qeyd etdi ki, Serbiyanın və Gürcüstanın eyni problemləri var belə vəziyyətdə bir-birinə daha çox dəstək verməlidirlər.
Anatoli Bibilovun Patriarx İrineo ilə görüşünə gəlincə isə, bu məsələ ilə bağlı Maia Giokoviç bəyan etdi ki, bu haqda yetəri qədər məlumatı yoxdur, ancaq təbii ki, bu fakt necə şəxsən özü üçün, eləcə də Serbiya iqtidarı üçün qeyri-məqbuldur.