Patriarx emiqrantlara müraciət etdi - sizi, Gürcütanı sevdiyim qədər sevirəm
Gürcüstan Patriarxlığında keçirilən görüşdə Demoqrafik Forumun təsisçiləri və qonaqlara Bütün Gürcüstanın Katolikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya müraciət etdi.
İkinci İliya xaricdə yaşayan gürcülərə, o cümlədən videomüraciət vasitəsilə qoşulmuş, İsveç və İspaniyada yaşayan emiqrantlara müraciət etdi. Patriarx onları gürcüstana dönmələrinə çağırdı.
“Mənim əziz övladlarım, xaricdə yaşayanlar, sizi salamlayıram. Bir hadisə baş verdi, xaricdə gürcü bir insan mənə müraciət etdu ki, sizi, Gürcütanı sevdiyim qədər sevirəm. Mən də bu sözləri təkrar etmək istəyirəm. sizi, Gürcütanı sevdiyim qədər sevirəm. Biz sizi vətəndə gözləyirik. Siz bizim üçün dəyərlisiniz”,- Patriarx qeyd etdi.
İkinci İliya Gürcüstanda demoqrafik durum haqqında da danışdı. Onun dəyərləndirməsinə görə, problem o qədər aktual və önəmlidir ki, gürcü millətini olub-olmaması məsələsi durur.
“Buraya təşrif buyurduğunuza görə, minnətdarlığımı bildirirəm. Biz hər çeyi etməliyik ki, bu problemi dəf edək. Biz konkret addımlar atmalıyıq. Bunun yalnız teorik olaraq müzakirəsi yetərli deyil. Hamımız bunun üzərində işləməliyik”, – Patriarx forumun təsisçilərinə müraciət edərkən qeyd etdi.