Pasxa gecəsi metro sərnişinlərə uzadılmış iş vaxtı ilə, saat 04:00-dək pulsuz xidmət göstərəcək
Pasxa gecəsi metro sərnişinlərə uzadılmış iş vaxtı ilə, saat 04:00-dək pulsuz xidmət göstərəcək

 

Pasxa gecəsi vətəndaşların fasiləsiz hərəkətini təmin etmək məqsədilə metro səhər saat 04:00-dək fəaliyyət göstərəcək.

Tbilisi meri Kaxa Kaladzenin bu gün paytaxt hökumətinin iclasında açıqladığı kimi, həmin gecə saat 23:00-dan etibarən, uzadılmış iş vaxtında metro sərnişinlərə pulsuz xidmət göstərəcək.

Bundan əlavə, Kaxa Kaladze aprelin 16 və 17-də saat 08:00-dan 20:00-dək Muxatqverdi, Vaşlicvari, Kukia, Axali Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqları istiqamətində hərəkət edəcək müvəqqəti avtobus xətləri təyin olunacağını bildirib.

“Bəhs etdiyimiz marşrutlar üzrə hərəkət edən avtobuslar sərnişinlərə pulsuz xidmət göstərəcək. Avtobuslar metronun “Marcanişvili”, “Didube”, “Delisi”, “Saracişvili”, “Varketili” stansiyalarından, eləcə də Stansiya meydanı, Besarion Chichinadze küçəsi və Varketilinin III massivindən, konkret olaraq Şuamta və Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcəklər” – deyə paytaxt meri açıqlayıb.